Sumqayıtda xəstəxanada yanğın söndürülüb.

"Unikal" bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

xxx

19:33

Sumqayıtda xəstəxana yanır.

"Unikal" xəbər verir ki, 4 nömrəli Sumqayıt şəhər xəstəanasında yanğın başlayıb. Əraziyə 10-a yaxın yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Xəstəxanada olan xəstələr təcili tibbi yardım maşınları vasitəsilə təxliyyə edilir.