ABŞ qüvvələri tərəfindən öldürülən iranlı general Qasım Süleymaninin ölümünün 2-ci ildönümü Tehranda təşkil edilən mərasimlə anılıb.

"Unikal" xəbər  verir ki, Süleymaninin anım mərasimində diqqət çəkan məqamlardan biri də onun qızı  olub. 

Belə ki, generalın qızı Zeynep Süleymani mərasimdən foto yayımlayıb. Fotoda  Zeynəbin iPhone 13 Pro Max istifadə etdiyi görüntülənib. Bundan sonra o,  iranlıların tənqid obyektinə  çevrilib. 

Sosial media istifadəçiləri “ABŞ-ı məhv edəcəyinə söz verən Qasım Süleymaninin qızı Zeynep Süleymaninin Amerika istehsalı olan iPhone ilə ona meydan oxuması böyük ironiyadır” , - deyə  ifadələr  işlədib. 

Bildirək ki, Zeynəb Süleymani atası öldürüldükdən sonra "ABŞ-ı məhv edəcəyinə söz verib". 

 Gülayə Mecid