Şirvanda "КрАЗ" markalı kran avtomobilində yanğın olub.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, avtomobilin kabinə hissəsi, 1 ədəd təkəri və mühərrikində elektrik naqilləri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hacıqabul rayonunun Atbulaq kəndində "BMC" markalı yük avtomobilinin arxa təkərləri yanıb. Avtomobilin qalan hissəsi və banında olan 20 ton taxıl yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.