Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət Təhlükəsizlik Xidmətinə (DTX) yeni rəhbər təyin edib.

"Unikal" xəbər verir ki, Saken İsabekov respublikanın yeni DTX rəhbəri təyin edilib.

Prezident bu haqda sərəncam imzalayıb.

"İsabekov Saken Sainoviç Qazaxıstan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilsin", - sərəncamın mətnində deyilir.

Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəhbəri Yermek Sagimbayev isə  Milli Təhlükəsizlik Komitəsinin rəhbəri təyin edilib.

Ağarza Elçinoğlu