İraqın Ənbar vilayətində ABŞ əsgərlərinin yerləşdiyi Eyn əl-Əsəd bazasına raket zərbəsi endirilib.

"Unikal" xəbər verir ki, bu barədə İraq Milli Xəbər Agentliyi məlumat yayıb.

Bazaya 5 raket düşüb.Hava hücumundan müdafiə sistemi işə salınaraq raketlər zərərsizləşdirilib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.