Ağsuda ikimərtəbəli ev yanıb. 

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, Ağsu rayonunun Padar kəndində ümumi sahəsi 380 m² (hər mərtəbəsi 190 m²) olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik talvar və köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.