Məşhur aktyor Kerem Bursin və həmkarı Hande Erçellə ayrılıq xəbərləri  şou aləmində gündəm yaradıb. 

"Unikal"  xəbər verir ki, uzun müddətdir birlikdə görünməyən cütlük ayrılıq iddialarını  təkzib edib.  Belə ki, Kerem Bursin şou-biznes gündəminə çevrilən iddialarla bağlı etirazını bildirərək, açıqlama verib:

“Mən münasibətdə realist adamam. Birlikdə olduğum insanla əylənməyi və onu güldürməyi xoşlayıram. Biri ilə münasibət qurmusunuzsa, tamamilə təbii olmaq vacibdir, süni olmağın doğru bir yol olmadığını düşünürəm”.

Qeyd edək ki, məşhurlar koronavirusa yoluxublar və birlikdə karantindədirlər.