Qazaxıstandakı etiraz aksiyalarında London və Vaşinqton regional komitələrinin əli var.

"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının vitse-spikeri Boris Çernışov deyib.

Onun sözlərinə görə, iğtişaşlara səbəb Qazaxıstan hakimiyyətinin Kremllə əməkdaşlıq kursuna sadiqliyi olub:

“London və Vaşinqton regional komitələri Qazaxıstan liderlərinin birliyini, Moskva ilə əməkdaşlıq kursuna sadiqliyini bəyənmir”.

Deputat bildirib ki, insanlar “iqtisadi səbəblərə” görə meydana çıxarılıb, amma sonra siyasi şüarlar səsləndirməyə başlayıblar.