"Bundan sonra hər hansı bina tikəndə icazə və layihə olmalıdır. Ermənistan Respublikasında layihəsiz hər hansı binanın tikintisi qadağandır".

"Unikal" xəbər verir  ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan bu gün keçirilən hökumətin iclasında deyib.

“İndi biz könüllü strukturların qeydiyyata alınması və onların gələcək taleyi ilə bağlı qərarın verilməsi üçün son tarix təyin etmişik. Yəni, biz təminatlar yaradırıq ki, kimsə 2022-ci ildə icazəsiz tikintini leqallaşdırmağa cəhd edərsə, bunun baş verməyəcəyinə və icazəsiz tikintinin sökülməyə məruz qalacağına təminat yaradırıq”.