Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Manqistau vilayətində və Almatı şəhərində fövqəladə vəziyyətin tətbiqi haqqında fərman imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Fövqəladə vəziyyət 5 yanvar 2022-ci il saat 01:30-dan 19 yanvar saat 00.00 dəqiqəyə qədər qüvvədə olacaq.

Bildirilib ki, fərman ictimai təhlükəsizliyin təmin edilməsi, asayişin bərpası, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi məqsədilə imzalanıb.