Ötən il ölkədə baş verən genişmiqyaslı yanğınlardan sonra meşə yanğınları ilə mübarizə üçün Türkiyə Milli Müdafiə Sənayesi Nazirliyi əlavə texnikası alacaq.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyi yayıb.

Məlumatda bildirilib ki, 2022-ci üçün 5 ədəd amfibiya təyyarəsi, 5 ədəd böyük və 10 ədəd kiçik tanker təyyarəsi, 55 ədəd vertolyot alınması məqsədilə nazirlik tərəfindən tender elan olunub.