Ötən il Türkiyə 143 min 321 antiterror əməliyyatı keçirib.

"Unikal" xəbər verir ki, bunu Türkiyənin daxili işlər nazirinin müavini İsmayıl Çataklı deyib.

Onun sözlərinə görə, 2021-ci ildə bütün terror təşkilatlarından olan 1140 terrorçu zərərsizləşdirilib. İ.Çataklı qeyd edib ki, keçən il 183 terror aktının qarşısı alınıb.