İranda son sutka ərzində daha 1706 nəfər koronavirusa yoluxub.

"Unikal" xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 6 200 296 nəfərə çatıb.

Bir gündə 34 nəfər COVID-19-dan ölüb. Bununla virusdan ölənlərin sayı 131 736 nəfərə yüksəlib.