Bakıda gənc oğlan çoxsaylı bıçaq xəsarətləri alıb.

"Unikal" xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb. Rayon ərazisində fəaliyyət göstərən daş karxanalarının birində fəhlə işləyən 1994-cü il təvəllüdlü Nuriyev İsmayıl Ataxan oğlu qohumu ilə mübahisə edib. İ.Nuriyev mübahisə zəminində bıçaq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona boyun, üz, dodaq, qulaq və çiyin nahiyələrində 5 ədəd kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)