Yanvarın 1-də Rusiya paytaxtında vəfat edən tanınmış ictimai xadim, diplomat Ramiz Abutalıbovun nəşi dəfn olunmaq üçün Vətənə yola salınıb.

"Unikal" xəbər verir ki, mərhumun nəşi bu gün Moskvanın Domodedovo hava limanından Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə Moskvadan Bakıya göndərilib.

Ramiz Abutalıbov yanvarın 1-də axşam saatlarında Moskvada uzun müddətdir ki, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Görkəmli diplomat sabah Bakıda II Fəxri xiyabanda dəfn olunacaq.