Türkiyənin tanınmış şoumeni və teleprodüseri Acun Ilıcalı İngiltərənin futbol klubu “Hull City”ni aldığını rəsmən açıqlayıb.

"Unikal" xəbər verir ki, bu  barədə Ilıcalı İngiltərə çempionatında çıxış edərkən “Hull City” komandasını aldığını bildirib:

"Buradakı bütün azarkeşlərimizə və tamaşaçılarımıza səslənirik. “Hull City”nin “Instagram” hesabını izləməyinizi istəyirik”.

Qeyd edək ki, prodüserin canlı yayımda etdiyi etirafdan sonra klubun “Instagram”dakı izləyicilərinin sayı 291 mindən 411 minə yüksəlib.