İsmayıllı rayonunun Qalacıq kəndində ümumi sahəsi 150 m² olan taxta sexinin çardağının yanar konstruksiyaları (şüşə-pambıq və penoplastdan ibarət) 15 m² sahədə yanıb.

"Unikal" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.