Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 368 yeni yoluxma faktı qeydə alınıb, 918 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 617 669 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 601 069 nəfər müalicə olunaraq sağalıb, 8375 nəfər vəfat edib, aktiv xəstə sayı 8235 nəfərdir.

Ölkədə son sutka ərzində 6435, hazırkı dövrədək isə 5 876 764 test aparılıb.