Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, "Volkswagen Passat" şəhərin Nərimanov prospektində "VAZ-2107" markalı avtomobili vurub qaçarkən yol ayrıcı dairəsində bardürə çırpılıb. Nəticədə hər iki avtomobilə ziyan dəyib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov