Çinin Yunnan əyalətində baş verən zəlzələ nəticəsində azı 15 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, bu barədə regionun seysmologiya idarəsindən bildirib.

Qeyd olunub ki, zəlzələnin baş verdiyi Lijiangda 1,2 milyondan çox insan yaşayır.

***11:59

Çinin Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Litszyan şəhərində qeydə alınıb. Zəlzələnin episentri Ninlan qraflığında, ocağı isə 10 km dərinlikdə yerləşib.