Gürcüstanda son sutkada koronavirusa 796 yoluxma halı qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 937 640 nəfərə çatıb.

Bir gündə COVID-19-dan 45 nəfər ölüb ki, ölənlərin sayı 13 905 nəfərə yüksəlib. Virusa yoluxanlardan 900 159 nəfər sağalıb.