Yaponiyaya yağan güclü qar səbəbindən 230-dan artıq aviareys təxirə salınıb.

"Unikal" xəbər verir ki, Hokkaydo adasında yerləşən Sapporo şəhər aeroportunda reyslərin təxirə salındığı bildirilib.

Belə ki, toplanan qarı təmizləmək üçün uçuş-enmə zolağı 3 saatlıq bağlanıb. Nəticədə “Şin-Titoşi” aeroportunda reyslərini dəyişməyə məcbur olan insanların böyük növbəsi yaranıb.