Bəhreyn hakimiyyəti ölkədə "Paxlovid" adlı dərmanının istifadəsinə icazə verib. Həmin dərman ABŞ-ın "Pfizer" şirkəti tərəfindən COVID-19-un müalicəsi üçün hazırlanıb.

"Unikal" xəbər verir ki, müvafiq qərar dərmanın klinik sınaqlarını aparan Krallığın Səhiyyə Nazirliyinin mütəxəssislərinin razılığı əsasında Səhiyyə sahəsində tənzimləmə üzrə Milli Agentliyi tərəfindən qəbul edilib.

Dərmanın COVID-19-un ağır formalarının inkişafı riski yüksək olan 18 yaşdan yuxarı insanların müalicəsi zamanı fövqəladə hallarda istifadəsinə icazə veriləcək.