Saatlıda 2 nəfər yol qəzasında xəsarət alıb. 

"Unikal" xəbər verir ki, hadisə Sarıcalar kəndində qeydə alınıb. Belə ki, iki avtomobilin toqquşması zamanı kənd sakini, 1976-cı il təvəllüdlü Kazımova Mədinə Səməd qızı və daha bir nəfər yüngül xəsarət alıb. M.Kazımova Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.