2021-ci ilin son günündə jurnalistlərlə görüşən ABŞ prezidenti Co Bayden cümə axşamı Rusiya prezidenti Vladimir Putinlə etdiyi telefon danışığından söz açıb.

"Unikal" xəbər verir ki, bu haqda informasiyanı Ağ Evin Mətbuat xidməti yayıb.

“Mən Putinə açıq şəkildə bildirdim ki, o, yeni addımlar atıb Ukraynaya daxil olarsa, bizim tərəfimizdən ciddi sanksiyalar tətbiq olunacaq. NATO müttəfiqlərimizlə birlikdə Avropada mövcudluğumuzu artıracağıq və bu, Moskvaya baha başa gələcək”, - deyə Bayden qeyd edib.