Türkiyə hərbçiləri İraqın şimalında PKK terrorçularını zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, mövqeləri müəyyənləşdirilən 4 terrorçu hərbi aviasiya tərəfindən məhv edilib.

Nazirlik terrorla mübarizənin effektiv və qətiyyətlə davam etdiriləcəyini bildirib.