Bu gün Əfqanıstanın paytaxtı Kabilin mərkəzində güclü partlayış baş verib.

"Unikal" xəbər verir ki, hadisə Pedaqoji Universitetin yaxınlığında baş verib.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Ölkədə hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatının nümayəndələri hələlik insidentlə bağlı şərh verməyiblər.