Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Sarıtəpə kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2106" markalı  avtomobil aşıb. Qəza zamanı sürücü 1990-cı il təvəllüdlü Vasif Qasımov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə təcili tibbi yardım birqadası və DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov