Xalq artisti Nəzakət Teymurova Xalq artisti Arif Babayevin evində qonaq olub.

"Unikal" xəbər verir ki, xanəndə muğam ifaçısının yeni görüntülərini paylaşıb. O bildirib ki, bir müddət əvvəl səhhətində problem olan və müalicə alan A.Babayev hazırda özünü yaxşı hiss edir.

N.Teymurova xanəndənin evinə "ATV səhər" proqramı ilə birlikdə getdiyini vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə xanəndə səhhətində yaranan problemlərə görə, xəstəxanaya yerləşdirilmişdi.