Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 28 059 vaksin vurulub.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 641, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 109, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 22 309 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 11 346 166, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 169 382, ikinci mərhələ üzrə 4 676 520 nəfər təşkil edir.

Ümumilikdə isə 1 500 264 “buster” doza vurulub.