Gəncədə bıçaqlanma hadisəsi baş verib.

"Unikal"-ın məlumatına görə, hadisə şəhərin "Natavan" qəsəbəsində  yerləşən şadlıq saraylarının birinin qarşısında qeydə alınıb. Tərəflər arasında düşən mübahisə zamanı 1999-ci il təvəllüdlü R.Həsənov bıçaqlanıb.  Xəstəxanaya çatdırılan gənc əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

22 yaşlı gəncin hansı səbəbdən bıçaqlanması məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov