Bakı-Qazax avtomagistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Göygöl rayonu ərazisində qeydə alınıb.

"VAZ-2107" markalı minik avtomobil iki "KamAZ" markalı yük maşının arasında əzilib.

İlkin məlumatlara görə, minik maşınında olan 3 nəfər xəsarət alıb. Onlardan biri uşaq olub.

Faktla bağlı araşdırma aparılır.