Hindistanda 17 yaşlı Sanjay Mote adlı yeniyetmə  hamilə bacısının başını kəsib,  daha sonra isə kəsilmiş başla selfi çəkdirib.  

"Unikal" xəbər verir ki, buna səbəb Motenin bacısı sevgilisi ilə qaçması olub. Belə ki, bacısının yaşadığı evə gedən Mote onu bağışladığını bildirib. Daha sonra mətbəxə  keçərək, bıçaq götürüb.  Həmin bıçaqla bacısına dəfələrlə zərbə endirib. Hamilə qız hadisə nəticəsində dünyasını dəyişib. Qızın sevgilisi isə evdən qaçıb. 

Yeniyetmə bununla yetinməyib. O, bacısının başını kəsib və kəsilmiş başla selfi çəkdirib. Əraziyə polis cəlb olunub.  Yeniyetmə oğlan saxlanılıb. Onu barəsində  qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.