Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri nəzarət-yoxlama tədbirləri zamanı toy mərasimində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, yoxlamalar zamanı “Nurlan” şadlıq sarayında keçirilən toy mərasimində müəyyən edilən say həddindən artıq, yəni 200 nəfərə yaxın qonağın iştirak etdiyi müəyyən olunub.

Aşkarlanan qayda pozuntuları ilə əlaqədar obyektin sahibi Nurlan Şeydayevlə bir daha izahedici söhbətlər aparılıb və onun barəsində Polis Şöbəsinin İstintaq bölməsində araşdırma başlanıb.