"MDB fəaliyyət göstərməyən, siyasi problemləri həll edə bilməyən və “tənəzzülə” doğru gedən bir qurum olub, beləliklə, Ukrayna Birlikdə iştirakını başa çatdırıb".

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Siyasət Təhlili və İdarəetmə İnstitutunun direktoru Ruslan Bortnik bildirib. 

"19 mart 2014-cü il tarixində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası rəsmi Kiyevin MDB-dəki sədrliyinə xitam vermək barədə qərar qəbul edib. Bununla da ölkənin Birlik strukturlarında iştirakının tamamilə dayandırılması prosesinə başlanılıb. O vaxtdan bəri Ukrayna birtərəfli qaydada MDB ilə bir sıra müqavilə və müqavilələrə xitam verib", - politoloq qeyd edib. 

Ruslan Bortnik onu da deyib ki, MDB əvvəlcə yeni bir birlik, konfederal birlik kimi düşünülsə də, reallıq tamam başqa imiş:

"Sonradan MDB ölkələri ayrı-ayrı otaqlara qaçdı, bir çox ölkələr təşkilatla əməkdaşlığı dayandırdı. Bunun əsas amillərindən biri Rusiya rəhbərliyi və Çeçenistan müharibəsi idi. Hamı gördü ki, MDB fəaliyyət göstərməyən təşkilata çevrilib. Bəzi yerlərdə qanunvericilik bazası fəaliyyət göstərir. Amma sonradan MDB-nin sovetlər birliyi ərazilərindəki problemləri həll edə bilməyəcəyi ortaya çıxdı. Bütün bunlar bütövlükdə təşkilatın tənəzzülünə və xüsusən də Ukraynanın çıxmasına gətirib çıxardı". 
 
Onun sözlərinə görə, digər ölkələr, o cümlədən Gürcüstan da eyni səbəblərə görə Birlikdə iştirakını dayandırır.

Ağarza Elçinoğlu