Məşhur aktrisa Tuba Büyüküstünün mumdan heykəli hazırlanır.

"Unikal" xəbər verir ki, aktrisanın heykəli "Madame Tussauds İstanbul"da sərgilənəcək. Ölçüləri götürülən və 360 dərəcə şəkilləri çəkilən Büyüküstünün fiquru 8 aya hazır olacaq.

Qeyd edək ki, bir heykəl üzərində 40 insan çalışır. Bütün işlər Londondakı əsas muzeydə aparılır. Bir mum heykəl 200 min dollara (1 milyon lirə) başa gəlir.