Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Yevlax-Bərdə avtomagistralında baş verib. Hadisə nəticəsində Hüseyn Hüseynov və Onur Salmanov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Daha sonra onlar durumlarının ağırlığı səbəbindən paytaxt klinikalarında birinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

E.Muradlı