Gürcüstanın Qori hərbi hospitalında müalicə olunan üçüncü prezidenti Mixeil Saakaşvili müraciət yayıb.

"Unikal" xəbər verir ki, o, istənilən tibbi müalicəni dayandırdığını bildirib.

Siyasətçi qeyd edib ki, Gürcüstanın Dövlət Müfəttişliyi Xidmətinin Ədliyyə Nazirliyinin cəzalandırılması ilə bağlı qərarı yerinə yetirilməyib və bunun əksinə olaraq intiqamçı addımlar atılıb.

M.Saakaşvili qərar icra olunmayana və ziyarətçiləri onun yanına normal qaydada buraxılmayana qədər etirazını davam etdirəcəyini vurğulayıb.