Braziliyanın San-Paulo İstehlakçı Hüquqlarının Müdafiəsi İdarəsi əvvəlki adı "Facebook" olmuş "Meta" şirkətini cərimələyib.

"Unikal" xəbər verir ki, bu barədə Braziliya İdarəsinin saytında qeyd olunub.

Buna səbəb isə oktyabrın 4-də Feysbuk, "WhatsApp" və İnstaqram sosial şəbəkələrinin çökməsi olub. Texniki nasazlıq nəticəsində 337 mindən çox istifadəçi tətbiqlərdən yararlana bilməyib. İdarə şirkəti 2 milyon dollar (təxminən 3 milyon 389 min manat) məbləğində cərimələyib.

Qeyd edək ki, Feysbukun yaradıcısı Mark Zukerberq sosial şəbəkələrin işində yaranmış bir neçə saatlıq problem səbəbindən 6,6 milyard dollar itirmişdi.