Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya açılan atəş nəticəsində Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvü Qor Martirosyanın öldürülməsi barədə yayılan məlumat əsassızdır və tamamilə yalandır. 

Bu barədə "Unikal"-a Müdafiə Nazilriyindən verilən məlumatda bildirilir.

Qeyd olunub ki,  bu kimi yalan məlumatların yayılması dekabrın 5-də axşam saatlarında qarşı tərəfdə baş vermiş ölümlə nəticələnən növbəti cinayətin ört-basdır edilməsi cəhdidir.