Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycanda saxlanılan erməni məhkumlarla bağlı qalmaqallı açıqlama verib.

"Unikal" xəbər verir ki, Simonyanın bu videosu erməni KİV-lərində  gündəm mövzusuna  çevrilib. 

Görüntülərə əsasən hansısa rəsmi qəbul zamanı Simonyan məhbus problemini ən azı iki nəfərlə müzakirə edir. 

Simonyan deyir: "Bu məhbusların, əsgərlərin məqsədi nə idi?

Həmsöhbət: "Vətən"i qorumaq".

Simonyan: "Bağışlayın, bəlkə mən özümü bir az səhv ifadə edirəm, amma düşünürəm ki, bu məhbuslar artıq yoxdurlar. Onlar mənim üçün mövcud deyillər. Terrorçular təyyarəni qaçıranda İsrail onlarla danışıq aparmır, həmin təyyarəni vurur. Bu məhbusların kim olduğunu bilirsinizmi?"

Həmsöhbət: "Bunu sizdən eşitmək istərdim".

Simonyan: "Bu adamlar silahlarını yerə ataraq qaçıb, meşədə azanlardı. Mən bu barədə ictimaiyyətə danışa bilmərəm. Sizə maraqlı deyilmi ki, məhbusların valideynləri niyə indi fəal görünmürlər? Çünki onlar əsgərlərin fərarilik etdiyini bilirlər. Silahlarını atıb qaçdılar və əsir düşdülər".