Son zamanlar mafiya və narkotik kartellərin cinayətlərinin artdığı Meksikada hökumət yeni tədbir görüb.

"Unikal" xəbər verir ki, ayda orta hesabla 2400 adamın zorakılıq aktlarında öldüyü ölkədə turistlərin tez-tez ziyarət etdiyi Kankun şəhərinə yüzlərlə əsgər cəlb olunub. Maraqlısı  budur ki,  insanların tətil üçün üz tutduğu şəhərin çimərliyində əli silahlı əsgərlər görüntülənib. 

Sosial mediada paylaşılan görüntülərdə insanları qoruyan  təhlükəsizlik qüvvələrinin fotoları gündəm mövzusuna çevrilib.