Fransanın cənubundakı Var bölgəsində baş verən partlayış üçmərtəbəli binanın uçmasına səbəb olub. 

"Unikal" xəbər verir ki, partlayış nəticəsində 3 nəfər yaralanıb, itkin düşən 4 nəfərin axtarışları davam edir.

Yanğınsöndürənlər binanın dağıntıları arasında olduğu düşünülən 4 itkin adamın axtarışlarını davam etdirir.

Partlayışın səbəbi hələlik bilinməsə də, səlahiyyətlilər hadisə yerinə gələn ilk qrupların sıx qaz qoxusu aldıqlarını bildirib.

Ağarza Elçinoğlu