Fransada prezidentliyə namizəd Erik Zemmura hücum edilib.

"Unikal" xəbər verir  ki, hadisə namizədin seçkiqabağı mitinqində baş verib.

Belə ki, E.Zemmur tribunaya yaxınlaşarkən kimliyi bəlli olmayan şəxs ona hücum edib. Hücum edən şəxs E.Zemmuru boğmağa çalışsa da, cangüdənlərin müdaxiləsi ilə dərhal zərərsizləşdirilərək polisə təhvil verilib.