İndoneziyanın Yava adasındakı Semeru vulkanının noyabrın 4-də püskürməsi nəticəsində ölənlərin sayı 15-ə çatıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində həmçinin 27 nəfər itkin düşüb. Şərqi Yava əyalətində axtarış xilasetmə çalışmaları davam edir.

Yava adasının ən hündür zirvəsi (3676 m) və ölkənin 130 ən aktiv vulkanından olan Semeru vulkanın püskürməsi zamanı daha əvvəl 14 nəfərin öldüyü, 56 nəfərin də xəsarət aldığı bildirilmişdi.