Rusiyada son bir gündə daha 32 136 nəfərə COVID-19 diaqnozu qoyulub.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 9 833 749 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 1 184 nəfər artaraq 282 462-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 8 530 476 nəfər sağalıb.