Ağdaşda 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
"Unikal"- ın
məlumatına görə, hadisə Ağdaş şəhər mərkəzində Heydər Əliyev prospektində qeydə alınıb. 
Belə ki, "Mersedes"  və "VAZ 21099" markalı minik maşınlarının toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.  1988- ci il təvəllüdlü Şahin Məmmədov,  1991- ci il təvəllüdlü Rəmiş Məmmədov,  2000-ci il təvəllüdlü Nicat İsmayılov,  2000-ci il təvəllüdlü Röyal Mirzəyev və 1991-ci il təvəllüdlü Nurlan Musayev müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. 

E.Muradlı