Gəncədə ağır yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, sürücü avtomobili ilə yol kənarında azyaşlını vurduqdan sonra idarə etməni itirib. Maşını ağaca çırpıb.  Qəza nəticəsində piyada uşaq və sürücü həyatını itirib.

Sürücü 11-ci sinif şagirdi, 16 yaşlı Əlizadə Numan Namiq oğludur.

Ölən piyada İbrahimova Nazlı Elşad qızının isə 13 yaşı olub.

Xəsarət alanlar aşağıdakılardır:

2004-cü il təvəllüdlü Əliyev Elcan Elşən oğlu

2004-cü il təvəllüdlü Bayramov İlkin

2003-cü il təvəllüdlü Kazımov Cavid Rauf oğlu