PSJ-nin hücumçusu Lionel Messi “Qızıl top”a sahib olması barədə danışarkən heç vaxt dünyanın ən yaxşı futbolçusu olmağa çalışmadığını bildirib.

"Unikal" xəbər verir ki, onun sözlərinə görə, belə fikirləri heç vaxt özünə yaxın tutmayıb:

“Tarixin ən yaxşılarından biri adlandırılmağım artıq kifayət edir. Çünki bunu təsəvvür belə edə bilməzdim. Mənim üçün ən yaxşı hesab edilib-edilməməyim önəmli deyil. Heç vaxt da ən yaxşı olmaq istəməmişəm. Heç vaxt kumirə çevrilib məsləhət verməyi xoşlamamışam. Öz arzularım uğrunda mübarizə aparmışam”, - deyə L.Messi bildirib.