İranın Natanz nüvə stansiyasının yaxınlığında güclü partlayış səsi eşidilib.

Unikal" xəbər verir ki, partlayış səsi ilə bağlı  İran Silahlı Qüvvələrinin sözçüsü general Şahin Təqixani Natanz açıqlama verib:

"Bir saat öncə Natanz bölgəsində Hərbi Hava Qüvvələrinin mümkün hava hücumuna çevik reaksiyanı dəyərləndirmək məqsədilə bölgədə olan zenit-raket kompleksinin sınaq atışı keçirilib".

O bildirib ki, raket sınağı bölgədə olan HHQ-nin raket sistemlərinin ehtimal olunan hücumlara qarşı gücünü yoxlamaq məqsədilə baş tutub. "Təlim sınaqları tamamilə təhlükəsiz şəraitdə, ölkənin müdafiə şəbəkəsi ilə tam koordinasiyada həyata keçirilib. Bununla bağlı heç bir narahatlığa əsas yoxdur".